Bakıda kişi yaşadığı evi yandırıb. Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bu haqda Report xəbər verib.
Rayonun “İkinci mədən” adlanan ərazisində Elşən Məmmədov öz evini yandırıb. Hadisə zamanı Məmmədov və həyat yoldaşı Rehyan Məmmədova xəsarət alıblar.
Xəstəxanaya çatdırılan yaralı ailə üzvlərindən Elşən Məmmədovun sərxoş olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.