Binəqədi rayonunda yolu keçən ahıl kişini avtomobil vurub. Bu haqda BakuPlus.az bu gün, 4 mart tarixində məlumat verir.
Hadisə ötən gün 06:37 radələrində Azadlıq prospekti, 189 ünvanında qeydə alınıb. 46 yaşlı Hafiz Mürşüdov idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə Vaqif Ağayevi vurub. 78 yaşlı kişi aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb.