Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində intihara cəhd hadisəsi qeydə alınıb. Bu haqda 19 may tarixində Oxu.az məlumat verib.
Sabirabad rayon sakini C.Səmədov “3-cü mikrorayon” dairəsi yaxınlığındakı körpüyə çıxaraq özünü oradan atmaq istəyib.
Ərazidə xidmət aparan polis əməkdaşlarının müdaxiləsi nəticəsində o, fikrindən daşınıb. Səmədov Nəsimi RPİ 20-ci Polis Bölməsinə aparılıb. Araşdırma zamanı məlum olub ki, gənc ailə problemlərinə görə intihar etmək istəyib.