top
Pirşağı qəsəbəsində xəyanətə görə ər arvadını 9 bıçaq zərbəsi vuraraq öldürüb
03 avqust 2022, 23:13
- ↺ +

Pirşağı qəsəbəsində xəyanətə görə ər arvadını 9 bıçaq zərbəsi vuraraq öldürüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonunda ər arvadını qısqanclıq zəminində öldürüb. Bu haqda 4 avqust tarixində Bakuplus.az Milli.az-a istinadən məlumat verir.

Pirşağı qəsəbəsində 2021-ci il noyabrın 29-da 32 yaşlı Şəhriyar Ələsgərov  rəsmi nikahda olduğu arvadı Ləman Ələsgərovanı qətlə yetirib. Belə ki, o, arvadının kirayə yaşadıqları evin yataq otağında tanışları Əlibala İbrahimovla mehriban söhbət etdiyini görüb, ona xəyanət etdiyinə əmin olub. Bu səbəbdən ov bıçağı ilə arvadının bədən səthinə 9 zərbə endirib. Ləman Ələsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qonşuları olan şahid Əlibala İbrahimovun sözlərinə görə, Ləman Ələsgərova ilə yaxın münasibəti yaranıb, onunla cinsi əlaqədə olub. Hadisə zamanı Ləmanın uşaqları İbrahimovun evində olublar. Ləman əri Şəhriyar çöldə mübahisə edəndə, uşaqlarla birgə cizgi filminə baxırmış:

"Küçədə qışqırıq səsini eşitdim. Çölə çıxanda Şəhriyarın sağ əlində bıçağın olduğunu, artıq Ləmana xəsarətlər yetirdiyini gördüm. Həmin vəziyyətdə ona yaxınlaşmaqdan çəkindim, düşündüm ki, Şəhriyar məni də vura bilər. Tez evə qayıdıb, qapını bağladım. Şəhriyar qapını açmağımı və övladlarını verməyimi tələb etsə də, qapını açmadım. 5-10 dəqiqədən sonra Şəhriyar uzaqlaşdı. Ləmanın qonşu qapının qarşısında hərəkətsiz uzandığını gördüm".

“Hadisə günü bacım Mehriban mənə Ləmanla olan münasibətə son qoymağı deyib. Buna görə Ləman gilə getdim, onun yataq otağına girib, söhbət etdim. Ləman məni qucaqlayanda, çox güman ki, Şəhriyar görüb", - deyə İbrahimov əlavə edib.

Qətldən sonra, həmin gün Şəhriyar könüllü olaraq bölməyə gəlib və təslim olub. Bakı Ağır Cinayətlər Məhkəməsində o, “Xüsusi amansızlıqla qəsdən adam öldürmə” və “Qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə” maddələri ilə tövsif olunub. Şəhriyar Ələsgərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ələsgərov Ləmanla 2013-cü ildə evlənib. Nikahdan 3 qız övladları dünyaya gəlib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər