Paytaxtın Nəsimi rayonunda 2 nəfər narkotacir saxlanılıb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sahib Eldarov və Ramil Şükürovun üzərindən külli miqdarda heroin və metamfetamin aşkarlanıb.
Həmin rayonun ərazisində keçirilən digər əməliyyat zamanı Bakı sakini Orxan İsmayılzadə mağazadan 1500 manat pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib.
Hər iki faktla bağlı araşdırma davam edir.
[caption id="attachment_38994" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]