“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir”.
Bu barədə Bakuplus.az-a DİN-dən bildiriblər.
Qeyd edilib ki, oktyabrın 30–da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 3 tüfəng, 2 patron darağı və 245 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.