Bakıda “Prius”un iştirakı ilə daha bir yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az bu gün, 21 oktyabr tarixində xəbər verir.
Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Rəşid Behbudov prospekti ilə Salatın Əsgərova küçəsinin kəsişməsində “Toyota Prius” və “Kia Sorento” markalı avtomobillər yolu bölüşə bilməyiblər.
Qəzadan sonra sürücülər nəqliyyat vasitələrini yolun ortasında saxlayaraq sığorta xidmətini gözləyiblər.
Hadisə yerinə polis əməkdaşları gəliblər.
[caption id="attachment_75807" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]