Paytaxtın Qaradağ rayonu, Puta Dəniz Limanında gəmidə yanğın baş verib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Su nəqliyyatının mühərrik hissəsi 110 kv.m sahədə alışıb. Gəminin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.