Paytaxt ərazisində usta kimi işləyən Qəbələ sakini iş yerində dünyasını dəyişib. Bu haqda bu gün, 11 yanvar tarixində Report məlumat yayıb.
Tikanlı kənd sakini 41 yaşlı Rahim Cəlilov binada işləyən zaman hündürlükdən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Mərhum ailəsi ilə birlikdə Ramana qəsəbəsində yaşayırdı.