Bakının mərkəzində yerləşən Qış parkında kişi havalandırma şaxtasına düşüb. Bu haqda bu gün, 11 noyabr tarixində Oxu.az məlumat yayıb.
44 yaşlı Sahib Nuriyev FHN-nin əməkdaşları tərəfindən quyudan çıxarılaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Xəsarət alanın vəziyyəti ağır olduğundan əməliyyata alındığı bildirilir.