Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 25-də rayon ərazisində bir qadının içərisində pulu, bank kartları, mobil telefon və qızıl boyunbağısı olan çantasını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Bu barədə Bakuplus.az-a DİN-dən məlumat verilib.
Qeyd edilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.