Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az xəbər verir.
“Prius” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman 26 yaşlı Sabir Məmmədovun idarə etdiyi “Haval” markalı avtomobilə arxadan çarpılıb. Nəticədə sonuncu idarəetməni itirərək 30-35 yaşlı piyada qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.