Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 7 aprel tarixində xəbər verir.
Ötən gün paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində Nəbi İsayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin digər nəqliyyat vasitəsinə çırpılması nəticəsində sürücü bu gün dünyasını dəyişib.
Birinci Qarabağ müharibəsi qazisi olan Nəbi İsayev döyüşdə bir ayağını itirmişdir.
Faktla bağlı araşdırma aparılır.