Bakıda oğurlanan qız tapılıb. Bu haqda 29 iyul tarixində Qafqazinfo məlumat verib.
Qaradağ rayon polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində iyulun 25-də evlənmək məqsədilə oğurlanan Z.Əliyevanın saxlanıldığı yer məlum olub. Onun yeri iyulun 28-də müəyyən edilib və bu barədə onun ailəsinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.