Bakıda yük avtomobili yanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat ximətinə istinadən bu gün, 6 avqust tarixində xəbər verir.
Paytaxtın Qaradağ rayonunda “Qazel” markalı yük avtomobilinin salonu və banına çəkilən üzlük yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.