Qaxda 2 il öncə dələduzluq edən şəxs tutulub.
Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaxda dələduzluq etməkdə şübhəli bilinən R.Kərimov saxlanılıb.
O, 2022-ci ildə Qax rayon sakini olan tanışına Bakı şəhərində ev almaqda köməklik göstərəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 3400 manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.