Bakıda 5 nəfər batmaqdan xilas edilib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 2 avqust tarixində xəbər verir.
Hadisələr "Corat", “Bilgəh” və "Zaqulba 3" sularında qeydə alınıb.
Qeyri-çimərlik ərazidə, sularda xilasetmə məntəqələrindən kənarda çimərkən batmaqda olan 5 nəfər xilas olunub.
Onların batmaq təhlükəsinin qarşısı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən alınıb.