Azərbaycan həbsxanasında ölüm hadisəsi baş verib.
Lent.az-ın məlumat yayıb ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Fikrət Xəlil oğlu İsmayılov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, F. İsmayılov qohumunun başını kəsdiyi üçün həbs edilibmiş. O, 2018-ci ildə yaxın qohumu Nafiq Quluyevin boğazını kəsərək öldürüb.