top
Qumarxana təşkil edənlər cəzalandırıldı: Milyonluq əmlakları əllərindən alındı
05 sentyabr 2024, 07:30
- ↺ +

Qumarxana təşkil edənlər cəzalandırıldı: Milyonluq əmlakları əllərindən alındı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçirən şəxslərin yüngül cəzalandırıldığı hökm ləğv edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar çıxarıb.

İttihamın mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən şəxslər - Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov Bakı və Xırdalan şəhərlərində idman mərc oyunları kimi fəaliyyət göstərdikləri ünvanlarda qumarxana təşkil ediblər.

Oyuna qoşulmaq üçün isə vətəndaşın evdən çıxmasına ehtiyac yoxdur. "WhatsApp" mobil tətbiqi vasitəsilə əlaqə saxlamaqla xarici mərc saytlarında oyuna qoşulmaq mümkün olub. Mühakimə edilən dəstə üzvləri bu əməlləri ilə qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçiriblər. Onlar bu əməlləri ilə dövlətə 2 milyondan çox ziyan vurublar.

Cinayət işi əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərə qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham əsassız hesab edilib. Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, dəymiş ziyanın əvəzi olaraq müttəhimlərə aid 1 milyon manatdan artıq qiymətləndirilən əmlaklar üzərindəki həbs qərarı ləğv edilib.

Hökmdən verilmiş protesti Apellyasiya Məhkəməsi əsaslı hesab edib. Prokuror təqsirləndirilən şəxslərə törətdikləri cinayətlərə münasibətdə yüngül cəza verildiyini hakim qarşısında bəyan edib.

Qərara əsasən, əvvəlki instansiyanın hökmü ittiham tərəfinin xeyrinə ləğv edilib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin dövlətə dəymiş ziyanın əvəzi olaraq üzərinə həbs qoyulmuş 1 milyon 324 min manatlıq əmlaklar müsadirə edilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər