Bakıda ərəb turist evdə görüşdüyü qızı döyüb. Bu haqda 2 iyun tarixində Qafqazinfo-ya istinadən xəbər verir.
Nəsimi rayonunda ərəb turist tərəfindən fiziki zorakılığa məruz qalan 28 yaşlı F.İsayeva Polis Şöbəsinə müraciət edib. O bildirib ki, mayın 31-də gecə saat 02:00 radələrində yenicə tanış olduğu Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı, 22 yaşlı Avadh Saeed Alajeel ilə onun yaşadığı mənzilə gedib. Daha sonra İsayeva ilə ərəbin arasında münaqişə yaranıb. Nəticədə qadın ərəb tərəfindən döyülüb.
İlkin araşdırma zamanı BƏƏ vətəndaşının mayın 30-da Bakıya turist kimi gəldiyi məlum olub.
Müraciətlə bağlı araşdırma aparılır.