Bakının Binəqədi rayonunda yol qəzasında piyada xəsarət alıb. Bu haqda bu gün, 16 mart tarixində APA məlumat verib.
32 yaşlı Aytac Bayramzadə “Cratos” restoranından çıxaraq yolu əks tərəfə keçmək istəyərkən onu avtomobil vurub.
Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə araşdırılır.
Bayramzadənin tanınmış rəqqasə Fatimə Fətəliyevanın köməkçisi olduğu bildirilir.