Paytaxt ərazisində yerləşən restoranda dizaynerin boğazı kəsilib.
Bakuplus.az Report-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün Ərzurum restoranında dizayner Fuad Əliyevin boğazı kəsilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, şübhəli şəxslər müəyyən edilib və onların saxlanılması üçün tədbirlər görülür.