Bakının Səbail rayonu, İzzət Nəbiyev küçəsində 2 avtomobil yanıb. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma “Chevrolet” markalı avtomobildə qısaqapanma nəticəsində baş verib. Daha sonra alov yaxınlıqda olan “Toyota” markalı maşına keçib.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) və polis əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="368" height="656" mp4="https://bakuplus.az/storage/photos/2023/10/baki-yangin.mp4"][/video]