Bakıda moped oğurlayan şəxs saxlanılıb. Bu haqda 14 sentyabr tarixində APA məlumat verib.
Səbail rayonu, Buxta küçəsində R.Əliyevə məxsus 1500 manat dəyərində “Moon” markalı moped oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayon sakini Vüsal Əzizov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.