top
Səbail rayonunda Türkiyə vətəndaşına qarşı hədə-qorxu gələn Bakı sakini saxlanılıb
02 avqust 2022, 02:10
- ↺ +

Səbail rayonunda Türkiyə vətəndaşına qarşı hədə-qorxu gələn Bakı sakini saxlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda Türkiyə vətəndaşı təhdid edilib. Bu haqda 2 avqust tarixində Report məlumat verib.

Səbail rayon ərazisində yaşayan Türkiyə vətəndaşı Özgür Karataş polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə etdiyi paylaşımlara, yazdığı postlara görə həmyerlisi, eləcə də onun azərbaycanlı dostu tərəfindən təhdid olunaraq təzyiqlərə məruz qalıb.

Araşdırma zamanı məlum olub ki, Karataşın sosial şəbəkə hesabına həmyerlisi tərəfindən kiberhücumlar edilib, onun icazəsi və məlumatı olmadan hesabındakı videolar tam fərqli formatda və məzmunda ictimaiyyətə təqdim olunub. Bununla bağlı, zərərçəkmiş Türkiyədəki aidiyyəti qurumlara şikayət edərək təqsirkarın cəzalandırılmasını istəyib. Həmçinin həmyerlisinin dostu, Bakı sakini Habil Bəylərov ona zəng vurub və hədə-qorxu gələrək, şikayətini geri götürməyi tələb edib.

H.Bəylərov polis tərəfindən tapılıb və o, izahatında türkiyəli dostları ilə aralarında anlaşılmazlığın olduğunu, təhqir, habelə təhdid etmədiyini, sadəcə onları barışdırmaq niyyəti olduğunu bildirib. Əməlindən səmimi peşmanlıq hissi keçirdiyini etiraf edən H.Bəylərova qanunvericiliyin tələbləri izah edilib və onunla profilaktik söhbət aparılıb.

Tərəflərin razılığı əsasında araşdırma dayandırılıb və toplanmış materiallar işə alınıb.

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər