Oktyabrın 17-də paytaxtın Səbail rayonu ərazisində 1999-cu il təvəllüdlü H.Hüseynova küt alətlə xəsarət yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq polis orqanına gətirilib. İzahatı alınıb. Araşdırma davam etdirilir.