Paytaxtın Nəsimi rayonunda avtoqəza sıxlığa səbəb olub. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Abbasqulu ağa Bakıxanov küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbindən sözügedən ərazidə sıxlıq müşahidə olunur.