Sürətli sərnişin qatarı uşağı vurub. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Quruma məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb. Hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən həyatını itirib.