Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində polis polkovniki tanışının avtomobilini güllələyib. Bu haqda bu gün, 18 dekabr tarixində Oxu.az məlumat yayıb.
16 dekabr saat 23:00 radələrində qəsəbə sakini sabiq polis rəisi Rza Hacıyev, şəxsi münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi “Lexus” markalı avtomobilə odlu silahla atəş açıb.
Şübhəli şəxs saxlanılaraq, ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı müsadirə edilib.
R.Hacıyev həmçinin, Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.