Bakıda yeniyetmə qız itkin düşüb. Bu haqda 2 avqust tarixində Report məlumat verib.
Sabunçu rayonunda iyulun 30-da paytaxt sakini, 14 yaşlı Eltac Məmmədova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Təhqiqat bölməsində araşdırma aparılır.