Bakıda 29 dekabr tarixində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report məlumat verib.
Zabrat-Məhəmmədli yolunda hərəkətdə olan yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə bir neçə şəxs xəsarət alıb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma davam edir.