Narkotik alverinə qarşı daha bir genişmiqyaslı əməliyyat paytaxtın Sabunçu rayonunda keçirilib. Bu haqda bu gün, 19 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Zabrat, Bakıxanov və Balaxanı qəsəbələrində ümumilikdə 27 nəfər saxlanılıb. Onların 22-i həbs olunub, 5 nəfər isə cərimələnib.
Daha öncə, 18 noyabr tarixində paytaxtın Yasamal rayonunda narkotacirlərə qarşı genişmiqayslı əməliyyat keçirilmişdir.