Paytaxtın Sabunçu rayonu “Köhnə Komsomolski" küçəsində kütləvi dava baş verib. Bu haqda bu gün, 29 noyabr tarixində APA məlumat yayıb.
27 noyabr tarixində 5 nəfər arasında baş verən mübahisədə Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyev bıçaqla xəsarət alıb, 25 yaşlı İlşad Əliyev qətlə yetirilib.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Şübhəli şəxslər Bakı şəhər sakinləri Ramil, Rahib və Qorxmaz Lətifov qardaşları saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.