Paytaxtın Sabunçu rayonunda, Bakı Olimpiya Stadionunun yaxınlığında baş vermiş avtoqəza ölümlə nəticələnib. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Rafis Rzayev “Ford Transit” markalı yük avtomobili ilə yolu keçən 30-35 yaş aralığında qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Onun kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.