Paytaxtın Sabunçu rayonu, Əmir Bağırov küçəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 3 yanvar tarixində APA məlumat yayıb.
36 yaşlı Vüsal Allahverdiyev tanışı ilə dava edən zaman başından bıçaq zərbələri alıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.