Sabunçu rayonunda zəncirvari qəza baş verib. Bu haqda 20 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Bakıxanov qəsəbəsində, "Tolkuçka" adlanan ərazidə yüksək sürətlə hərəkətdə olan "Kia" markalı avtomobilin sürücüsü əvvəllcə "Mitsubishi"-yə çarpılıb. Daha sonra isə əyləci basmadan 4 maşını bir-birinə vurub. Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi maddi ziyan dəyib.