Sabunçu rayonu Zabrat-2 qəsəbəsində yerləşən 71 nömrəli tam orta məktəbin müəllimi Laura Həsənova vəfat edib.
Oxu.az-a istinadən Laura Həsənova həmin məktəbdə biologiya müəllimi kimi çalışıb. O, uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi.
Daha öncə, 1 dekabr tarixində Binəqədi rayonunda yerləşən 283 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Arzu Xəlilovun koronavirusdan dünyasını dəyişdiyi barədə məlumat verilmişdir.