Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Bu haqda Report 5 yanvar tarixində xəbər verib.
Ramana qəsəbəsinin Südçülük sovxozu adlanan ərazisində yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 36 yaşlı Sevinc Hümbətovanı avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.