Sabunçu rayonunda bir ailənin üç üzvünü avtomobil vurub, bir nəfər ölüb. Bu haqda 20 dekabr tarixində APA xəbər verib.
Bakıxanov qəsəbəsində yolu keçən zaman ailə üzvləri 65 yaşlı Xəzəngül Fərziyeva, onun oğlu 40 yaşlı Qəribağa Fərziyev və onun həyat yoldaşı 27 yaşlı Fəridə Fərziyevanı avtomobil vurub. Baş vermiş qəza nəticəsində X.Fərziyeva hadisə yerində dünyasını dəyişib. Digər iki yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb.