Paytaxtın Sabunçu rayonu Y.Saratov küçəsində yerləşən yaşayış evində partlayış baş verib. Bu haqda bu gün , 28 oktyabr tarixində Report məlumat yayıb.
Hadisə 27 oktyabr tarixində Vidadi Fərəcova məxsus fərdi yaşayış evində qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan tikili tamamilə yanıb.
Kirayəşin kimi qalan Bakı şəhər sakini 46 yaşlı Elşən Əliyev və 37 yaşlı Goranboy sakini G.Adıgözəlova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Sonuncunun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Digər hadisə bu gün, 28 oktyabr tarixində paytaxtın Binəqədi rayonunda qeydə alınmışdır. İkimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş vermişdir.