Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib. Bu haqda bu gün, 8 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Belə ki, naməlum şəxs mobil rabitə operatorunun qülləsinə çıxaraq intihar etmək istəyib. Hadisə yerinə cəlb olunan FHN-in xilasetmə qüvvələrinin vətəndaşla apardıqları psixoloji söhbətlər nəticəsində o, fikrindən daşınıb.
İntihara cəhdin səbəbi məlum deyil.