Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Milliön” terminalından oğurluq edən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 5 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Vüsal Tağıyev, Fərhad Əliyev və İbrahim İlyasov terminalın kassasından 12 min manatdan çox vəsait götürərək aralarında bölüblər.
Oğurluq anı təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Faktla bağlı araşdırma davam edir.