Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində qohumunu girov götürən şəxsə və onun tanışına hökm oxunub. Bu haqda bu gün, 17 noyabr tarixində Trend məlumat yayıb.
Rafiq Hüseynov və Anar Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 15 il azadlıqdan məhrum edilib.
8 iyul 2020-ci ildə təqsirkarlar R.Hüseynov və tanışı, birincinin dayısı oğlu Mirhəsən Seyidovu kirayə tutduqları evə çağırmışdılar. Daha sonra onu girov götürərək zərərçəkənin atası Mirəkbər Seyidovdan 500.000 dollar pul tələb etmişdirlər.