Paytaxtın Sabunçu rayonunda FHN-nin əməkdaşları yataq xəstəsini daşımaq üçün cəlb olunublar. Bu haqda bu gün, 8 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
79 yaşlı kişini yaşadığı ikinci mərtəbədəki mənzildən düşürüb, Təcili Tibbi Yardımın avtomobilinə yerləşdirərək həkim briqadasına təhvil veriblər.