Noyabrın 10-da gecə saatlarında Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA- ya istinadən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 45 yaşlı Əli Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobilini Ədalət Qasımovun “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.