Bu gün Bakıda yanğın hadisəsi qeydə aılınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 kv.m olan, kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 60 kv.m sahədə və bitişik, ümumi sahəsi 12 kv.m olan telefon satışı mağazasının yanar konstruksiyaları yanıb.
Yüksək tempratur tikilinin lambirindən ibarət tavanının 40 kv.m-nin əriməsinə səbəb olub.
Hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın söndürülüb, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.