Sabunçu rayonunda avtomobil dirəyə çırpılıb. Bu haqda 15 dekabr tarixində APA xəbər verib
90 saylı orta məktəbin yaxınlığında avtomobili idarə edən təxminən 40-45 yaşlı sürücünün halı pisləşib. Nəticədə o, idarəni itirib və yolun kənarındakı beton dirəyə çırpılıb.
Yaralı müxtəlif xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.