Ötən gecə Bakıda evdə qadın meyiti aşkar olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Sabunçu rayonunda FHN-nin əməkdaşları mənzildən 66 yaşlı Gülizar İsmayılovanın meyitini aşkar ediblər. O, mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açaraq onu çıxarıb.
Gülizar İsmayılovanın meyiti aidiyyəti üzrə təhvil verilib.