Paytaxtın Sabunçu rayonunda mənzildə meyit aşkarlanıb. Bu haqda bu gün, 5 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
1 nəfərin bağlı qapı arxasında qaldığı barəsində qaynar xəttə müraciət daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin əməkdaşları mənzildə 90 yaşlı qadın - Ester Kolendırın cəsədini aşkarlayaraq aidiyyəti üzrə təhvil veriblər.