Bakıda çay evində karantin qaydaları pozulub, 17 nəfər cərimələnib. Bu haqda 24 noyabr tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumat verib.
Polisin keçirdiyi nəzarət-profilaktik tədbirlər nəticəsində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Frend House” çay evində qəlyandan istifadə edilməsi aşkar olunub.Orada qəlyandan istifadə edən 16 nəfər 400 manat məbləğində, çay evinin sahibi isə 4000 manat məbləğində cərimələnib.